15 aprel 2022 15:07
778

I rübdə Azərbaycana yönələn xarici investisiyaların həcmi kəskin azalıb

Bu ilin I rübündə xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala 764 mln. manat vəsait yönəldilib.

"İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,6% azdır.

Qeyd edək ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 747,5 mln. manatı (97,8%i) Birləşmiş Krallıq, ABŞ, Yaponiya, İsveçrə, Türkiyə, Norveç, Malayziya, Hindistan, Rusiya və İran sərmayədarlarına məxsus olub.