15 aprel 2022 17:59
899

Ölkəmizdə iqtisadi fəal əhalinin sayı açıqlanıb

Bu il aprelin 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5307,1 min nəfər olub, onlardan 4991,7 min nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 0,88%, məşğul əhalinin sayı isə 2,1% artıb.
Cari il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1682,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 902,5 min nəfər, qeyri-dövlət sektorunda isə 779,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,3 min nəfər, qeyri neft-qaz sektorunda isə 1650,8 min nəfər çalışıb.