2022-ci ilin fevral ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 102,1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 120,2 faiz, 2022-ci ilin yanvar-fevral aylarında 2021-ci ilin yanvar-fevral aylarına nisbətən isə 120,1 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, fevral ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 111,4 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 168,5 faiz, 2022-ci ilin yanvar-fevral aylarında 2021-ci ilin yanvar-fevral aylarına nisbətən isə 167,1 faiz olub.
AZƏRTAC