18 aprel 2022 10:41
597

Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,81% artaraq 1 990,9 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Xəbərə görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,38% artaraq 26,14 dollar təşkil edib.