Bu ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 27,5 mln. ton yük, 298,1 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “İki sahil"ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qeyd olunan göstəricilər üzrə müvafiq olaraq 8,9% və 18% artım qeydə alınıb.
“Sərnişinlərin 95%-i avtobus, 5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib”, - məlumatda qeyd olunur.