Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 62 391,26 ABŞ dolları dəyərində 182 864,17 ton buğda idxal edilib.
"İki sahil"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,6% artıb, həcmi isə 2,7% azalıb.
Qeyd edək ki, bu ilin ilk üç ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,13%-nə bərabər olub.