Bu ilin mart ayında Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi illik müqayisədə 1,4 dəfə artaraq 1,387,585 mln. ABŞ dollarına çatıb.
"İki sahil"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, ixracın həcmi illik müqayisədə 60,4% artaraq 575,361 mln. dollar, idxal isə 33,3% artaraq 812,224 mln.dollar təşkil edib.
Nəticədə, 2022-ci ilin mart ayında 236,863 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. 2021-ci ilin eyni ayında isə mənfi saldo 250,736 mln. dollara bərabər olub.