Bu ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 490 183,74 min ABŞ dollarına bərabər olub.
"İki sahil"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, yeyinti məhsulları üzrə idxalın dəyəri bir il öncəki göstəriciyə nisbətən 7,7% artıb.
Ümumilikdə cari ilin ilk üç ayında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 16,75% təşkil edib.