18 aprel 2022 12:44
927

Azərbaycana düyü idxalı 3%-dək artıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 13 107,00 ABŞ dolları dəyərində 16 018,61 ton düyü idxal edilib.

"İki sahil"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bir il öncəki göstərici ilə müqayisədə idxal edilən düyünün dəyəri 22,2%, həcmi isə 2,9% artıb.

Qeyd edək ki, cari ilin birinci rübündə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,45%-nə bərabər olub.