27 may 2022 17:27
974

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6,9 faiz artıb

Bu ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 1828,8 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən "İki sahil"ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1396,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 76,4 faizini təşkil edib.