28 may 2022 16:45
1048

Qadın sahibkarlarla görüş keçirilib - FOTO

İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən Dayanıqlı inkişaf yolunda qadınların iqtisadi gücləndirilməsi və gender bərabərliyinin təşviqi Layihəsi çərçivəsində 24-25 may 2022-ci il tarixdə Şəki və Zaqatalada layihə benefisiarlarının və KOBİA ilə görüşü keçirilmişdir.

“İki sahil” xəbər verir ki, görüşdə AQSİA-nın İdarə Heyərətinin sədri Səkinə Babayeva, İsveçrə Əməkdaşlıq Təşkilatının nümayəndələri Zahir Əhmədov, Kaan Bayir, və həmçinin öz biznes uğurlarını benefisiarlar ilə bölüşən biznes qadınları Məhəbbət İbrahimova, Gulpari Bayramova, Leyla Safarova, Aynur Musayeva,  Ulduz Xanlarova, Sədaqət Akyol və Güllü Məmmədova iştirak etmişdir.