29 may 2022 19:55
1107

Nazir: Son 4 gündə məhəbbət dolu günlər yaşadıq

“Son 4 gün ərzində həyəcan, gərginlik və məhəbbət dolu günlər yaşadıq”.

“İki sahil” xəbər verir ki, bunu "TEKNOFEST Azərbaycan" festivalının bağlanış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

R.Nəbiyevin əlavə edib ki, Azərbaycan gəncliyi ilə qürur duyur: "Biz bu günlərlə qurur duyuruq. Biz bir daha Azərbaycan gəncliyinin nəyə nail olduğunun şahidi olduq. Yaşasın Azərbaycan gəncliyi, yaşasın Azərbaycan Prezidenti. Çünki cənab Prezident bizə dəstək verməsəydi, bunu bacarmazdıq".