31 may 2022 10:28
629

Azərbaycanda BOKT-un səhmdarlarından biri dəyişib

"Merkuri BOKT" QSC-nin səhmdarlarından biri dəyişib.

“İki sahil” xəbər verir ki, səhmlərinin 50%-nə sahib olan İlqar Quluzadənin payını Məmməd Məmmədov alıb.

BOKT-un digər səhmdarı Səbuhi Əzizovun payı isə dəyişməyib və o əvvəlki kimi şirkətin səhmlərinin 50%-nə nəzarət edir.