31 may 2022 12:59
820

Neft Fondunun valyuta satışı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2,4 milyard ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“İki sahil” xəbər verir ki,  bu, ötən ilin eyni dövrünə nisbətən 7% çoxdur.

Qeyd edək ki, may ayında ARDNF-in valyuta satışının ümumi həcmi 8% azalaraq 288,1 milyon dollar təşkil edib.