01 iyun 2022 08:09
824

4 ayda 48 min ton tomat ixrac etmişik

Yanvar-aprel aylarında 48 min ton tomat ixrac edilib.

"İki sahil" Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən tomatın dəyəri 58,2 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 42,2 milyon dollar olmaqla 36,6 min ton tomat ixrac edilib.