01 iyun 2022 09:24
834

Alüminium və ondan hazırlanan məmulatların ixrac artıb

Yanvar-aprel aylarında 27,3 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

"İki sahil" Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 100,9 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 53 milyon dollar olmaqla 22,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.