01 iyun 2022 14:42
609

Pərviz Şahbazov Rumıniyanın energetika naziri ilə görüşüb - FOTO

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Virgil Popesku ilə görüşüb.

“İki sahil” xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında yazıb.

Pərviz Şahbazov əlavə edib ki, görüşdə Azərbaycandan təbii qazın tədarükü, elektrik enerjisinin ixracı perspektivləri və atılacaq addımlar müzakirə edilib.