"Ağdamda qazlaşma səviyyəsi 100 faiz təşkil edir. Buna baxmayaraq SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin tapşırığına əsasən burada sizlərlə görüşə gəlmişik. Məqsədimiz qaz təchizatı ilə bağlı üzləşdiyiniz problemləri yerindəcə sizlərdən eşitmək və müvafiq tədbir görməkdir".
“İki sahil” xəbər verir ki, bu sözləri "Azəriqaz" İB-nin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarov Ağdamda vətəndaşlarla keçirilən görüş zamanı bildirib.
"Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüşdə sakinlərin müraciətləri dinlənilib.
Daxil olan müraciətlər işə qəbul, fərdi qazlaşma, yeni yaşayış massivində küçə qaz xəttinin çəkilməsi, sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart) tipli sayğacla əvəz olunması ilə bağlı olub. Ünvanlanan suallar Regional İdarənin rəisi tərəfindən cavablandırılıb, lazımi qeydlər aparılıb.
Məlumat üçün bildirək ki, "Açıq mikrofon" aksiyası çərçivəsində vətəndaşlarla növbəti görüş iyun ayının 2-si Ağcabədi, 3-ü isə Yevlax rayonunda keçiriləcək.
CAREC və ADB Transxəzər marşrutunda Azərbaycan logistikasının rəqəmsal transformasiyası üçün tövsiyələr hazırlayıb
Eldar Əzizov: Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb
Eldar Əzizov: Bakı və Daşkənd arasında əməkdaşlıq şəhərlər səviyyəsində fəal inkişaf edir
Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq