01 iyun 2022 17:49
628

Azərbaycan və Özbəkistanın Dövlət Gömrük Komitələri arasında Qarşılıqlı Fəaliyyət Planı imzalanıb

Azərbaycan və Özbəkistanın Dövlət Gömrük Komitələri arasında 2022-2023-cü illər üçün Qarşılıqlı Fəaliyyət Planı imzalanıb.

Bu barədə “İki sahil” Azərbaycan tərəfinə istinadən xəbər verir.

Məlumata görə, sənədi iki qurumun sədrləri Səfər Mehdiyev və Akmalxuja Mavlonov imzalayıb.

A.Mavlonovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir. Səfər iyunun 4-nə qədər davam edəcək.