01 iyun 2022 17:49
740

Mərkəzi Bankın valyuta ehtiyatları il ərzində 12 faizə yaxın artıb

2022-ci il iyunun 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7,23 milyard dollar təşkil edib.

"İki sahil" bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici ötən ayla müqayisədə 2,04 faiz çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə valyuta ehtiyatları 11,92 faiz artıb.