İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZA) tərəfindən inkişaf etmiş ölkələrin kənd təsərrüfatı sahəsində aparılan islahatların öyrənilməsi istiqamətində işlər davam etdirilir.
“İki sahil” xəbər verir ki, bu işlərin davamı olaraq İZİA-nın əməkdaşı İspaniyada səfərdə olub, bu ölkənin kənd təsərrüfatı sahəsində ixtisaslaşan “PSB Production Vegetal” şirkətinin fəaliyyəti ilə tanış olub.
Şirkətə məxsus tez yetişən, məhsuldarlığı yüksək olan və daha çox gəlir gətirən nektarin, şaftalı və ərik sortlarının ölkəmizdə fəaliyyət göstərən aqroparklarda, xüsusən də “Yevlax Pilot Aqropak”da əkilməsi nəzərdə tutulur. Bu işlərin həyata keçirilməsində İspaniyadan olan mütəxəssislərin təcrübəsindən istifadə edilməsi planlaşdırılır.
CAREC və ADB Transxəzər marşrutunda Azərbaycan logistikasının rəqəmsal transformasiyası üçün tövsiyələr hazırlayıb
Eldar Əzizov: Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb
Eldar Əzizov: Bakı və Daşkənd arasında əməkdaşlıq şəhərlər səviyyəsində fəal inkişaf edir
Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq