02 iyun 2022 10:38
860

Nazir: Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükü 10 milyard kubmetrə çatmalıdır

Bu ilin sonunadək Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına (Aİ) tədarükün həcmi 10 milyard kubmetrə çatmalıdır.

“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 27-ci Energetika forumunda deyib.

"İlin əvvəlindən Azərbaycan ümumilikdə (Türkiyə, Gürcüstan, Aİ) 6,8 milyard kubmetr qaz ixrac edib. Biz ilin sonunadək bu göstəricini 16 milyard kubmetrədək çatdırmağı planlaşdırırıq", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan qazının Cənub Qaz Dəhlizi ilə tədarükü Avropanın enerji təchizatını təmin edib.

Nazir əlavə edib ki, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından mənfəət 163 milyard dollara, neftin həcmi isə 555 milyon tona çatıb.