02 iyun 2022 10:53
765

Laura Loxman: Xəzər regionu enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır

Xəzər regionu enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri, xanım Laura Loxman Baki Enerji Forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, bu baxımdan Cənub Qaz Dəhlizinin genişləndirilməsi önəmli məqamdır.

Laura Loxman əlavə edib ki, enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində interkonnektorların tikintisi, alternativ enerjinin inkişafı da vacib rol oynayır.

O, Azərbaycanın regionda alternativ enerji mənbələrinin inkişafına və "yaşıl" keçidinə olan töhvəsini də qeyd edib.