Xəzər dənizi regionu enerji ehtiyatları tədarükünün təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır.
“İki sahil” xəbər verir ki, bunu bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
O qeyd edib ki, neft-qaz ehtiyatlarına hələ onilliklər boyunca tələbat olacaq. Bundan başqa, bu gün "təmiz" enerjiyə tələbat var, layihələr reallaşdırılır və investisiyalar qoyulur.
Q.Cons əlavə edib ki, "Azəri-Çıraq-Günəşli" yatağında ACE platformasının istismara verilməsi planlaşdırılır.
"Neft-qaz ehtiyatlarının maksimal hasilat həcminin əldə olunması üçün müasir texnologiyalar tətbiq olunur. Bu platformada müasir texnologiyalar zərərli tullantıların, xüsusilə metanolun həcmini azaltmağa imkan verəcək", - deyə o bildirib.