SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin Ağcabədi xidmət sahəsində təşkil olunan növbəti "Açıq mikrofon" aksiyasında 20 vətəndaşın problemi dinlənilib.
“İki sahil” xəbər verir ki, görüşdə Regional İdarənin rəisi Azay Muxtarov vətəndaşların qaz təchizatı ilə bağlı ünvanladıqları müraciətləri cavablandırıb.
Vətəndaşlar görüş zamanı sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsi, qapı keçidinin quraşdırılması, işə qəbul, fərdi yaşayış evinin qazlaşdırılması, qeyri-yaşayış sahəsində ad dəyişikliyi, istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ediblər.
Bundan əlavə, "Səyyar qəbul otağı"nın imkanlarından Sarıcalı, Hacılar, Poladlı, Taylan kəndlərinin sakinləri də istifadə ediblər.
Vətəndaşlar bu kəndlərin qazlaşdırılması ilə bağlı ünvanladıqları müraciətlərin SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoruna çatdırılmasını xahiş ediblər.
Daxil olan hər bir müraciətin araşdırılması üçün aidiyyatı üzrə yönləndiriləcəyi görüş iştirakçılarının diqqətinə çatdırılıb.
CAREC və ADB Transxəzər marşrutunda Azərbaycan logistikasının rəqəmsal transformasiyası üçün tövsiyələr hazırlayıb
Eldar Əzizov: Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb
Eldar Əzizov: Bakı və Daşkənd arasında əməkdaşlıq şəhərlər səviyyəsində fəal inkişaf edir
Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq