02 iyun 2022 16:49
920

Azərbaycan bankları ilə BVF arasında növbəti görüş keçirilib

Beynəlxalq Valyuta Fondu ilə (BVF) “Article IV” missiyası çərçivəsində Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələri arasında növbəti görüş keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə ABA-dan bildirilib. Məlumata görə, görüşdə missiyanın nümayəndə heyətinin sədri Chad Steinberg və Orta Şərq və Mərkəzi Asiya Departamentinin nümayəndələri – Jiri Jonas və Gustavo Ramirez iştirak edib.

Görüşdə pandemiyanın, Ukraynadakı müharibənin və Rusiya banklarına tətbiq edilən sanksiyaların, eləcə də inflyasiyanın ölkə iqtisadiyyatına və xüsusilə bank sektoruna təsiri müzakirə edilib.