02 iyun 2022 17:08
816

Tatarıstan Azərbaycanda yeni daimi nümayəndə təyin edib

Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov Murad Qadılşini üç il müddətinə Azərbaycanda yeni daimi nümayəndə təyin edib.

“İki sahil” xəbər verir ki, müvafiq sənəd Tatarıstan rəhbərinin rəsmi saytında dərc olunub.

Qeyd edək ki, Murad Qadılşin bu vəzifədə 2013-cü ildən Azərbaycanda daimi nümayəndəliyə rəhbərlik edən Alfred Zakirovu əvəz edəcək.