02 iyun 2022 17:31
803

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan və Belarus arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın videokonfrans formatında 12-ci iclası keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, iclas iki ölkənin Baş Nazirlərinin birinci müavinləri - Yaqub Eyyubov və İqor Petrişenkonun iştirakı ilə baş tutub. Tərəflər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və digər sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparıb.