02 iyun 2022 18:58
991

Azərbaycan və Səudiyyə Ərəbistanında biznes və investisiyaların perspektivləri müzakirə olunub

İyunun 2-də Misirdə İslam İnkişaf Bankı Qrupunun 47-ci İllik İnvestisiya Toplantısı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının investisiya nazirinin müavini Badr Albadr ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  KOBİA-dan bildirilib ki, görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanında biznes və investisiyaların perspektivlərinə, eləcə də əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.