Türkiyə millisinin futbolçuları Hakan Çalhanoğlu ("İnter") və Merih Demiral ("Atalanta") birlikdə öz ölkələrində istirahət edirlər.
“İki sahil” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Çalhanoğlu Demre rayonunun Kekova adasındakı tətilə həyat yoldaşı və kızı, Demiral isə həyat yoldaşı və oğlu ilə qatılıb.
Onlar əvvəlcə təyyarə ilə Antalyaya gəliblər. Ailələri ilə birlikdə Kaşda yaxtaya minən futbolçular daha sonra Kekovaya yola düşüblər.