12 iyul 2022 15:10
821

Alpinistləri aparan avtobus aşıb

İranın Təbriz-Zəncan magistral yolunda sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bunu İranın Zəncan yol polisinin rəis müavini polkovnik Mehdi Minaxani deyib.

M.Minaxaninin sözlərinə görə, Türkiyədən qayıdan alpinistləri Tehrana gətirən avtobusun sürücüsü və iki qadın həlak olub. Yaralananlardan 6-sı qadın, 10-u isə kişidir.

Minaxani deyib ki, hadisə sürücünün yuxulu olması nəticəsində baş verib.