21 avqust 2026 13:03
90

"Al-Monitor": Oman hakimiyyət dairələri Trampın hədələrindən təəccüblənib

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı İranla aparılan danışıqlara görə Omana zərbələr endirməklə bağlı son hədələri sultanlığın rəhbərliyində təəccüb doğurub və onlar üçün gözlənilməz olub.

“İki sahil” xəbər verir ki, bu barədə Omandakı mənbələrə istinadən "Al-Monitor" portalı məlumat yayıb.

"Biz mat qalmışıq. Səmimi desək, biz bu hədələri ciddi qəbul etmirik", - deyə portalın həmsöhbətlərindən biri bildirib.

Nəşrin qeyd etdiyinə görə, Oman hakimiyyəti İranla aparılan danışıqların bütün mərhələləri barədə ABŞ-ni məlumatlandırıb və Vaşinqton tərəfindən heç bir mənfi reaksiya ilə qarşılaşmayıb. Oman rəhbərliyinin fikrincə, Trampın bəyanatları daha çox İranla danışıqların pozulmasına görə məsuliyyəti başqa ölkənin üzərinə yıxmaq ehtiyacından irəli gəlir.

Avqustun 17-də Tramp Omanın hərəkətlərindən narazılığını bildirmiş və İranla ABŞ arasında münaqişənin tənzimlənməsi yolunda maneə olacağı təqdirdə sultanlığı hədələmişdi. "Associated Press" agentliyinin məlumatına görə, ABŞ hakimiyyəti Omanın Hörmüz boğazına nəzarət məsələsində İranla danışıqlarda həddindən artıq güzəştə getdiyini düşünür.