"İyulun 17-nə keçən gecə düşmən (Rusiya ordusu) Xarkov şəhərinin Kiyevski rayonunu atəşə tutub, polis raket hücumlarının nəticələrini sənədləşdirir”.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Milli Polisin mətbuat xidməti feysbukda yazıb.
Bildirilib ki, mərmilər özəl sektora və beş mərtəbəli sənaye binasına düşüb. Ərazidə yanğın baş verib, bina, pəncərələr və fasad zədələnib.
O da qeyd olunur ki, Xarkov rayon 1 saylı polis şöbəsinin istintaq-əməliyyat qrupunun əməkdaşları hadisə yerinə baxış keçirib və maddi sübutlar toplayıblar.
Milli Polis vurğulayır ki, Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci bəndi ilə cinayət işi açılıb. Maddənin sanksiyasında 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.