Belarus hökuməti Helsinkidəki səfirlik binasını sentyabrın 1-dən bağlamaq haqqında qərar qəbul edib. Diplomatik nümayəndəliyin fəaliyyətinə xitam verilməsi barədə sərəncamı ölkənin Baş naziri Aleksandr Turçin imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Belarus Respublikasının Finlandiya Respublikasındakı səfirliyi 2026-cı il sentyabrın 1-dən bağlansın", — deyə sənəddə qeyd olunur.
Bununla da diplomatik nümayəndəliyin açılması haqqında 2011-ci ilə aid qərar qüvvədən düşmüş hesab edilir.