18 iyul 2022 00:24
653

Levon Ter-Petrosyanın evinə bomba qoyulub?

Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyanın İrəvanda yerləşən evinə bomba qoyulması barədə xəbər yayılıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

Qeyd edilir ki, hazırda Ter-Petrosyanın evinə polis, kinoloqlar və xilasedicilər gəlib.

Ermənistan Polisinin Patrul Xidmətinin İrəvan alayının əməkdaşları sabiq prezidentin evinə daxil olaraq axtarış aparırlar.