Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevin Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərdə növbəti görüş-qəbulda da vətəndaşlar ölkə rəhbərinin apardığı siyasətini ürəkdən bəyəndiyini dedilər. Bununla bərabər, həm də ərazidə son vaxtlar yaranan bir sıra vacib məsələlərin həlindən ötrü icra başçısından kömək istədilər. Qaldırılan məsələlərin bir qışımı yerindəcə həll edildi, araşdırılmasına ehtiyacı olanların isə qanunvericiliyə uyğun, operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Daha sonra Cəlil Baxşıyev çıxış etdi:- Dövlət başçı İlham Əliyevin yürütdüyü uğurlu sosial-iqtisadi siyasəti nəticəsində gündən-günə ölkə vətəndaşların rifah hal yaxşılaşır. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın ətrafında sıx birləşərək tarixi Vətən torpaqlarını işğaldan azad etdilər. Artıq Qarabağda və Şərqi Zəngəzurda qısa zamanda böyük bərpa-quruculuq işləri başlandı.
İcra başçısı söhbətinin sonunda rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, xüsusilə də, Şingədulan kənd inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində görülmüş işləri kənd sakinlərinin diqqətinə çatdırdı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Reparasiya yalnız maliyyə kompensasiyası deyil, tarixi ədalətin bərpası vasitəsi olmalıdır - Abbas Abbasov
Ruanda səfiri: Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb
Konqo nümayəndəsi: Belçika müstəmləkəçiliyinin ağır fəsadları bu gün də hiss olunur