19 iyul 2022 16:33
1010

Azərbaycanda daha 257 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İki sahil"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.