Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
“İki sahil” xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, yanğın nəticəsində, ilkin məlumata əsasən, binanın 5-ci mərtəbəsindən 17-ci mərtəbəsinədək şaxtadan keçən kabellər yanıb.
Yanğın zamanı 30 nəfərə yaxın bina sakini təxliyə olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Reparasiya yalnız maliyyə kompensasiyası deyil, tarixi ədalətin bərpası vasitəsi olmalıdır - Abbas Abbasov
Ruanda səfiri: Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb
Konqo nümayəndəsi: Belçika müstəmləkəçiliyinin ağır fəsadları bu gün də hiss olunur