Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığı Bakıda davam etdirir.
"İki sahil" xəbər verir ki, hazırlıq planına uyğun olaraq yığma paytaxtdakı təlim-məşq toplanışında bir neçə yoxlama görüşü keçirəcək.
Baş məşqçi Pərviz Səmədovun komandası İslamiadadakı rəqibi Mərakeş, həmçinin Belarus yığması ilə üz-üzə gələcək.
Millimiz növbəti yoxlama oyununda gücünü sınayıb. Voleybol Mərkəzində Mərakeş millisi ilə qarşılaşan yığmamız rəqibinə 2:3 hesabı ilə məğlub olub.
İlk yoxlama oyununda millimiz Belarus seçməsinə 1:3 hesabı ilə uduzub.
Azərbaycan yığması növbəti yoxlama oyununu iyulun 21-də Belarusa, ertəsi gün isə Mərakeşə qarşı keçirəcək.