17 avqust 2022 10:15
1203

Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin doğum günü münasibətilə paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi sosial şəbəkə hesablarında dahi bəstəkar və müğənni Müslüm Maqomayevin 80 illiyi münasibətilə paylaşım edib.

"İki sahil" xəbər verir ki, paylaşımda deyilir:

"Unudulmaz və əziz Dost, nurlu xatirəni ehtiramla yad edirəm!"