24 avqust 2022 10:06
654

Qasırğaya görə, Filippinin şimalında 7 mindən çox sakin təxliyə edilib

Filippinin şimalında “Maon” tropik qasırğası səbəbindən 7 mindən çox sakin öz evlərini tərk etməyə məcbur olub.

"İki sahil" xəbər verir ki, bu barədə Filippin Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilir ki, qasırğa nəticəsində küləyin sürəti saatda 95 kilometrə çatıb və üzərinə ağac düşən üç sakin xəstəxanaya yerləşdirilib.

“Maon” qasırğası səbəbindən yerli hakimiyyət orqanları paytaxtda və bir neçə əyalətdə məktəbləri və digər dövlət müəssisələrini bağlamağa məcbur olub.

Sinoptiklərin məlumatına görə, hazırda qismən zəifləyən qasırğa Çinin cənubuna doğru hərəkət edir.