24 avqust 2022 10:38
620

Azərbaycan və İsrail arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Elm və təhsil naziri Emin Əmrullayev İsrailin Azərbaycan Respublikasındakı səfiri Corc Dik ilə görüşüb.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, görüş zamanı Elm və Təhsil Nazirliyi ilə İsrail arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.