Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsiində (NQÇİ) YAP Qaradağ rayon 109 saylı ərazi partiya təşkilatının (ƏPT) yığıncağı keçirilib.
“İki sahil” xəbər verir ki, yığıncaqda iştirak edən YAP üzvləri 109 saylı ƏPT-nin əvvəlki sədri Elman Hacıyevin nümunəvi xidmətini və yaxşı kadr kimi əmək fəaliyyətini qeyd etməklə onun yaşa görə əmək təqaüdünə çıxdığını və bu səbəbdən də ƏPT-na yeni sədr və sədr müavininin seçilməsinin zəruriliyini qeyd ediblər. Yığıncaq iştirakçıları tərəfindən 109 saylı ƏPT-nın əvvəlki sədr müavini İsmayılova Lamiyə İsmayıl qızı ƏPT-nın yeni sədri, Əliyev Sevindik Həsən oğlu isə sədr müavini seçiliblər. Həmin yığıncaqda iştirak edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxış edərək Umummilli lider Heydər Əliyevin siyasi kursunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyən aktiv gəncləri YAP sıralarına gətirməyin vacib olduğunu bildirib. O, eyni zamanda YAP üzvlərinin ictimai-siyasi prosesləri ciddi şəkildə izləməklə sosial şəbəkələrdə aktiv olmasını, partiya tərəfindən verilən tapşırıqların operativ şəkildə icra olunmasının zəruriliyini tövsiyə edib. Yığıncaqda çıxış edən N.Nərimanov adına NQÇİ-nin rəisi Qoçalı Mahmudov yeni seçilən heyət üzvlərini təbrik edərək əmin olduğunu bildirib ki, bu heyət ƏPT-nın işini və fəaliyyətini daha da canlandıracaq, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. Sonda partiya üzvlərini maraqlandıran suallar cavablandırılıb.