Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəs yol qəzasına düşüb.
“İki sahil” NTV-yə istinadla xəbər verir ki, qəza Bodrumda baş verib.
İçərisində İbrahim Tatlısəsin və qızının olduğu mikroavtobus yük avtomobili ilə toqquşub. Toqquşmadan sonra avtomobillər yolun kənarına yuvarlanıb.
Sənətçi və qızı avtomobildən xilas edilərək xəstəxanaya çatdırılıb.
Onun həyati təhlükəsi olmadığı bildirilir.