27 avqust 2022 15:19
615

Yeni körpü

Son vaxtlar cənub mirvarisi Lənkəranda görülən abadlıq-quruculuq işlərdən  bir  Osakücə ilə Tatoba kəndlərini birləşdirən, eləcə Osakücə kən qəbiristanlığına gedən yol üzrə  yenidən inşa edilən  körpüdür. Vətəndaşların ürəyindən xəbər verən körpünün açılış mərasiminə gələn Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tale Qaraşov əvvəlcə  Osakücə şəhidlərinin xatirəsinə inşa olunan abidə kompleksini  ziyarət etdi, hörmət və ehtiram əlaməti olaraq  önünə tər çiçəklər düzdü.

 Tədbir Dövlət Himninin oxunması ilə başlandı. Çıxış edən icra başçısı bildirdi ki, yol çəkmək,  körpü salmaq nəcib və xeyirxah əməldir.   Yerli sakinlər üçün mühüm əhəmiyyət daşıyan bu körpünün tikintisində əməyi və zəhməti olanlara minnətdarlıq düşür. Ulu öndər  Heydər Əliyev deyərdi ki, yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir. Bəli,

iki kəndi , eləcə  kənd qəbiristanlığına gedən yolu birləşdirən müasir standartlar səviyyəsində tikilən mühəndis qurğusu yerli insanların  rahat gediş-gəlişini təmin edəcək.

Çıxışlardan sonra Taleh Qaraşov şəhid valideynləri və körpünün tikintisinə dəstək göstərən yerli xeyriyyəçi ilə birgə körpünün açılış lentini kəsdilər.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü