13 sentyabr 2022 10:35
548

ABŞ-ın strateji neft ehtiyatları daha da azalıb

ABŞ-ın strateji neft ehtiyatları son bir həftə ərzində 8,4 mln. barel azalaraq 434,1 mln. barelə enib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, strateji neft ehtiyatlarının qeyd olunan həcmi 1984-cü ildən bəri ən aşağı göstəricidir.