13 sentyabr 2022 11:09
646

Mikayıl Cabbarov SOCAR-la bağlı paylaşım edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-la bağlı sosial şəbəkədə paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd edilib:

Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi və dövlətimizin iqtisadi inkişafında müstəsna rolu olan SOCAR-ın yaradılmasının 30 illiyidir. Zəngin neft-qaz resurslarımızın ölkəmizin tərəqqisi və rifahı naminə istifadə edilməsinə böyük töhfələr verən quruma fəaliyyətində uğurlar arzu edirəm.