Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 675,8 mln. manat təşkil edib.
Bu barədə "İki sahil"ə Dövlət Statistika Komitəsindən bildirilib. Hesabat dövründə, ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,7 mln. manat və ya 5,9% artıb.
Cari ilin avqust ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 1,3% və ya 1,1 mln. manat artaraq 87 mln. manat olub. Bu ilin iyul ayı ilə müqayisədə isə bu göstərici 7,2% və ya 6,8 mln. manat azalıb.
Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39,1%-ni təşkil edib.
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib