13 sentyabr 2022 17:23
585

OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-2023-cü illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

Bu barədə "İki sahil" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 800 min barel səviyyəsində olacaq, bu, avqust ayında verilən proqnoza bərabərdir.

Hesabata əsasən, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

Xatırladaq ki, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub. 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.