Sentyabrın 8-də Prezident İlham Əliyev Yerüstü Nəqliyyat Agentliyinin nizamnaməsini təsdiqləyib.
Nizamnamədə Agentliyin vəzifələrindən biri kimi rayon və şəhərlərarası fəaliyyət göstərən avtobuslarda gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sistemi yaradılmasıdır.
“İki sahil” xəbər verir ki, məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İnformasiya Sistemi çərçivəsində şəhərlərarası/rayonlararası müntəzəm avtobus marşrutlarında biletin onlayn qaydada əldə edilməsi üçün sistemin yaradılması üzərində iş aparılır.
Bildirilib ki, hazırda layihə çərçivəsində sistemin sınaq işləri görülür. Sınaq işləri başa çatandan sonra sistem əhalinin istifadəsinə veriləcək.
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib